29 Mart, 2017
Meksikada partlayış oldu

Meksikanın Verakrus ştatında “Pemex” şirkətinə məxsus neft kəmərində güclü partlayış baş verib.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, boru kəmərinin partlayış baş verən hissəsinin yaxınlığında 2003-cü ildə də partlayış olub. Həmin hadisə zamanı 8 nəfər həlak olub, 70 nəfər isə yaralanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!