29 Mart, 2017
Bakıda bir neçə oğurluq əməli törədən şəxs tutulub

Simsar.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə, tutulan Sərvər Paşayevin ətrafında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun daha 5 evdən, 2 avtomobildən və 2 mağazadan ümumilikdə 746 manat pul, 7275 manat dəyərində qızıl əşyaları, təmir-tikinti alətləri, təkərlər, akkumulyator, tütün məmulatı, danışıq kartları, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!