29 Mart, 2017
DİN 7 yaşlı oğlanın qətli ilə bağlı açıqlama yaydı

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda atanın azyaşlı oğlunu qətlə yetirməsi hadisəsi ilə bağlı məlumat yayıb.Simsar.az-ın  xəbərinə görə, məlumatda bildirilib ki, rayonun Ulacalı kəndində yaşayan əvvəllər məhkum olunmuş Röyal Məmmədov evində arvadı Günel Məmmədova ilə aralarında baş verən münaqişə zəminində 7 yaşlı oğlu Röyaminin başına çəkiclə xəsarət yetirib və nəticədə uşaq hadisə yerində ölüb.

R.Məmmədov Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Araşdırmalar davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!