1 İyun, 2011
“Sosial müdafiə fondu 15 milyon dollarlıq layihə həyata keçirəcək”

Səlim Müslümov: “Bu layihəni Dünya Bankı ilə birgə edəcəyik”

Dövlət sosial müdafiə Fondu (DSMF) Dünya Bankı ilə 15 milyon dollarlıq layihə həyata keçirmək niyyətindədir.

Simsar.az-ın verdiyi məlumata görə, bunu bu gün “Pensiya təminatında vahid prinsipin tətbiqi islahatların yeni mərhələsidir” adlı tədbirdə DSMF-in sədri Səlim Müslümov dilə gətirib.

Onun sözlərinə görə, layihənin reallaşdırılması üçün tender elan olunub və artıq 6 şirkətdən təkliflər daxil olub.

S. Müslümov bildirb ki, hazırda maliyyə və iqtisadi inkişaf nazirlikləri tərəfindən qiymətləndirmə prosesi aparılır və onun nəticələri 20 gündən sonra bəlli olacaq.

Kamil Həmzəoğlu

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!