29 Mart, 2017
Bakı-Horadiz qatarının hərəkət qrafiki dəyişib

Bu gündən etibarən Bakı-Horadiz-Bakı sərnişin qatarının hərəkət qrafikində müvəqqəti olaraq dəyişiklik edilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, Vətəgə-Xələc mənzilində aparılan əsaslı təmiri ilə əlaqədar olaraq, 29.03.2017-ci ildən 07.04.2017-ci ilədək 672/671 saylı Bakı- Horadiz-Bakı sərnişin qatarı İmişli stansiyasına kimi hərəkət edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!