29 Mart, 2017
Türkiyədə partlayış: 1 ölü, 1 yaralı

Türkiyənin İzmir şəhərinin Buca rayonunda avtomobil partlayıb. Trend-in verdiyi məlumata görə, partlayış nəticəsində avtomobildə olanlardan 1 nəfər həlak olub, 1-i isə yaralanıb.

İnsidentdən bir neçə dəqiqə sonra hadisə yerindən bir az aralıda daha bir partlayış baş verib. Bu partlayış, nəticəsində xəsarət alan olmayıb.

Partlayışların səbəbi məlum deyil. Hadisə yerinə polis əməkdaşları və təcili yardım maşınları gəlib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!