29 Mart, 2017
Səlim Müslümov: “Azərbaycan dünya çempionatına işçi göndərəcək”

Azərbaycan Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına işçi göndərəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir qeyd edib ki, 2020-ci ildə Qətərdə keçiriləcək mundialla bağlı 200 milyard dollar investisiya qoyulacaq.

"Təbii ki, bu yarışa hazırlıq məqsədilə xeyli sayda işçi lazımdı, amma bu qədər işçi onlarda yoxdu. Buna görə bir neçə ölkə kimi, Qətər dövləti Azərbaycana da işçi göndərilməsi ilə bağlı müraciət edib. Bununla bağlı da işlər görülür" - deyə, nazir bildirib.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!