1 İyun, 2011
Gənc Tamaşaçılar Teatrı beynəlxalq təşkilata üzv olub

Qarşılıqlı qastrol səfərləri güclənəcək  

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı YUNESKO-nun nəzdində Uşaq və Gənclər teatrları Beynəlxalq Assitejinin İcraiyyə Komitəsi Fransada keçirilmiş qurultayında böyük səs çoxluğu ilə
bu quruma üzv qəbul olunub.

Eyni zamanda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu nüfuzlu beynəlxalq təşkilatın Azərbaycan Milli Mərkəzi elan olunub. Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov isə Assitejin Azərbaycan Milli Komitəsinin sədri vəzifəsinə təyin olunub.

Azərbaycan Milli komitəsinin əsas vəzifələri Assitejə üzv olan xarici ölkə teatrları ilə qarşılıqlı qastrol səfərlərinin, beynəlxalq teatr festivallarının və treninqlərin, konfransların, habelə ustad dərslərin keçirilməsini təşkil etmək, xarici ölkə teatr mütəxəssislərinin Azərbaycana dəvət edilməsinə yardımçı olmaqdır.



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!