29 Mart, 2017
Sankt-Peterburqda altı azərbaycanlı saxlanıldı

Sankt-Peterburqda altı Azərbaycan vətəndaşı saxlanılıb.DİN-in Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin Cinayət-axtarış bölməsinin əməliyyatçıları axtarış aparıb və altı Azərbaycan vətəndaşını saxlayıblar.

İlkin məlumatlara görə, əməliyyat təxminən bir ay əvvəl Mərkəzi Rayon İstintaq İdarəsinin "soyğunçuluq" maddəsi üzrə başlatdığı cinayət işi üzrə keçirilib.

Məlum olub ki, saxlanılanların hamısı taksi sürücüsü kimi fəaliyyət göstərir.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!