29 Mart, 2017
53 yaşlı kişi intihar etdi

Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Bu barədə Simsar.az-a Kürdəmir rayon prokurorluğundan məlumat verilib.Hadisə rayonun Mürtülü kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Xalid İsmayıl oğlu özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidə asıb. İntiharın səbəbləri hələlik məlum deyil. Xaçmaz sakini özünü həyətdə asdı

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!