28 Mart, 2017
Türkiyədə sellofan paketlərin verilməsi qadağan ediləcək

Türkiyədə 2018-ci ilin yanvarından mağazalarda pulsuz sellofan paketlərin verilməsi qadağan ediləcək.

Trend-in məlumatına görə, yeni qanuna əsasən, bu sellofan paketləri yalnız pulla almaq mümkün olacaq.

Qadağa qüvvəyə minənədək istehlakçılara mağazalarda parça və kağız paketlər veriləcək.

Bu qanun plastik məişət tullantılarının azaldılmasına yönəlib.

Qeyd edək ki, Türkiyədə hər gün 30 ton plastik paket istifadə edilir ki, onlardan yalnız 1 faizi təkrar emal olunur.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!