28 Mart, 2017
Güclü külək fəsadlar yaradıb - ŞƏMKİRDƏ

Şəmkir rayonunda güclü külək fəsadlar yaradıb, bəzi kəndlər işıqsız qalıb.

Gecə saatlarından başlayaraq əsən güclü külək nəticəsində rayonun bəzi kəndlərində dam örtükləri dağılıb, elektirik dirəkləri aşıb, naqillər sıradan çıxıb və enerjinin verilişi dayanıb.

Rayonun Muxtariyyə kəndində bostan bitkilərinin becəriləməsi üçün salınmış istixanaların örtükləri dağılıb və bəzi qurğularına ciddi ziyan dəyib.

Şəmkir rayon Fövqəladə Hallar Komisiyasının məlumatına görə, səhər saatlarından görülən işlər nəticəsində hazırda sıradan çıxmış elektirik təsərrüfatında yaranmış problemlər aradan qaldırılıb və kəndlərdə elektrik enerjisinin verilişi bərpa olunub.

Güclü küləyin rayona vurduğu ziyanın miqdarı isə hələlik məlum deyil.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!