27 Mart, 2017
Mikayıl Müşfiqin heykəli yerinə qoyuldu

Mikayıl Müşfiqin heykəli yerinə bərpa olunub. Bu barədə APA-ya Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə məlumat verib.

Onun sözlərinə görə, büst martın 27-də yerinə qoyulub: "Abidə həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunub. Sabahdan başlayaraq ərazidə abadlıq işlərinə başlanılacaq".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!