27 Mart, 2017
Çavuşoğlu Rusiyaya gedəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 29-da Rusiyaya səfər edəcək. Türkiyə mətbuatı xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. M.Çavuşoğlu səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Səfər zamanı Suriyadakı vəziyyət, bu ölkənin Afrin bölgəsində Rusiyanın hərbi baza qurması və terrorçu PKK qruplaşmasının Suriyadakı qolu PYD-nin Rusiya ilə əməkdaşlığına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!