27 Mart, 2017
Hüseyn Bağırov Ağdamda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ağdamda vətəndaşları qəbul edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, qəbulda Ağdam, Ağcabədi, Tərtər və Bərdə rayonlarının sakinləri iştirak edə bilər.

Qəbul martın 30-da Ağdam şəhərinin Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Ağdam şəhəri, Quzanlı qəsəbəsi, Zərifə Əliyeva prospekti) olacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlaya, həmçinin 14 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Ağdam şəhəri, Quzanlı qəsəbəsi) müraciət edə (əlaqə telefonları: 026-325-05-64, 051-608-27-20, 070-299-22-62) bilərlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!