27 Mart, 2017
Özünü dənizə atdı - BAKIDA

Martın 26-da axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub. FHN-in saytı xəbər verir ki, dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar. 1978-ci il təvəllüdlü Osmanov Kərəm Oruc oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 21:25-də başa çatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!