“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” üçün ilkin vəsait də tapılıb
Prezident İlham Əliyevin Əfv Fərmanı ilə azadlığa buraxılan jurnalist Eynulla Fətullayev vaxtilə rəhbərlik etdiyi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərin fəaliyyətlərini bərpa etmək istədiyini deyib.
Bu barədə E.Fətullayev “Yeni Müsavat”a müsahibəsində bildirib.
“Bilirsiz, biz bu yolu Şahvələd Çobanoğlu ilə gəlmişik və gəlməkdə də davam edirik. Mən onunla da məsləhətləşməli və onun da fikrini bilməliydim. Artıq biz dünən onunla bir yerdə oturub məsləhətləşdik və qərara gəldik ki, fəaliyyətimizə start verək” deyə E.Fətullayev bildirib.
RUSLAN
DİGƏR XƏBƏRLƏR