1 İyun, 2011
Ələsgər Ələkbərovun 100 illik yubileyi keçiriləcək

Tədbirdə aktyorun ifa etdiyi tamaşalardan parçalar göstəriləcək

Dövlət Akademik Milli Dram Teatrında aktyor, SSRİ xalq artisti Ələsgər Ələkbərovun 100 illik yubileyi keçiriləcək. İyunun 3-də 19.00-da başlayacaq tədbirin ssenari müəllifi əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu, rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, aparıcısı sənətşünaslıq doktoru Məryəm Əlizadədir. 

Teatrın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, yubiley tədbirində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, əməkdar incəsənət xadimi Aydın Kazımov, xalq artistləri Ağakişi Kazımov və Rafiq Əzimov çıxış edəcəklər.

Gecədə Ə.Ələkbərovun rol aldığı «1905-ci ildə», «Vaqif», «Bahar suları», «Otello» tamaşalarından parçalar göstəriləcək. Sənətkarın yaradıcılığını əks etdirən video-roliklər və fotolar nümayiş olunacaq.
Teatrın foyesində Ələsgər Ələkbərovun yaradıcılıq fəaliyyətini əks etdirən də lövhə hazırlanacaq.

Arifə Mikayılova




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!