17 Mart, 2017
“Qiymətləri qaldıran möhtəkirlərə qarşı sərt tədbirlər görün!”-Deputat

“Bazarlar od tutub yanır. Ətin, tərəvəz məhsullarının, digər ərzaq mallarının qiyməti durmadan qalxır”.

Bunu Milli Məclisin iclasında deputat Fəzail Ağamalı deyib. O, iclasda iştirak edən hökumət üzvlərinin diqqətinə çatdırıb ki, problemin həlli üçün təcili tədbirlər görülməlidir.

“Unutmayaq ki, sahibkarlıq “qızıl təbəqə” adlandırılır. Bəzi möhtəkirlər vəziyyətdən sui-istifadə edirlər. Bunlar barədə sərt tədbirlər görülməlidir. Ölkədə maliyyə çətinlikləri var”.

Deputat onu da bildirib ki, “Sovetski” ərazisində yollar təmir adı altında dağıdılıb.

“Hörmətli baş nazir, xahiş edirəm, səlahiyyətlərinizdən istifadə edib, o ərazilərdə yolların bərpa edilməsinə kömək edəsiniz”.(modern.az)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!