16 Mart, 2017
Bayram Hüseynzadə prorektor təyin olundu

Bakı Mühəndislik Universitetində yeni kadr təyinatı olub. Bakı Mühəndislik Universitetindən APA-ya  verilən xəbərə görə, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə Bakı Mühəndislik Universitetinə prorektor təyin edilib. B.Hüseynzadənin prorektor təyinatı ilə bağlı əmr martın 15-də imzalanıb. O, humanitar məsələlərə nəzarət edəcək.

Keçmiş Qafqaz Universitetinin prorektoru Həmidağa Orucov yenidən tədris işləri üzrə prorektor vəzifəsini icra edəcək.

Ali məktəbin digər prorektoru Havar Məmmədov isə müvəqqəti olaraq rektor səlahiyyətlərini icra edir.

Jurnalist Nurəddin Heydərov isə "Azərbaycan müəllimi" qəzetinə baş redaktor təyin olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!