16 Mart, 2017
Bakı-Sumqayıt elektrik qatarının hərəkəti müvəqqəti dayandırılır

Martın 18-də və 19-da Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovadan "Report"a daxil olan məlumata görə, məhdudiyyət Baş Sumqayıt - Sumqayıt Sərnişin stansiyaları arasında yeraltı keçidin tikintisi ilə əlaqədar olaraq tətbiq ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!