16 Mart, 2017
1000-dən çox müəllimin təhsil sənədi dövlət nümunəli deyil-RƏSMİ

Təhsil Nazirliyi Azərbaycanda saxta və yaxud ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərin aşkarlanması istiqamətində mütəmadi araşdırmalar aparır. Nazirliyin Aparat rəhbəri Fariz Rzayev bildirib ki, 2015-ci ilin sentyabrında respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkarlanıb.

Aparat rəhbərinin sözlərinə görə, onlarla bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməsi yerli təhsili idarəetmə orqanlarına tapşırılıb: “2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri t yoxlanılıb və 500-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkarlanıb. Müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır”.(apa)


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!