1 İyun, 2011
Bulvar İdarəsindən uşaqlara yarımçıq jest

Karusellər bu gün günorta saat 12-yə qədər qulsuzdur

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün dünyada 1950-ci ildən BMT Baş Assambleyasının təsdiqi ilə qeyd edilir. 
Beynəlxalq uşaq günü dünya ictimaiyyətinin uşaqların müdafiəsi istiqamətində müharibələrə yox deyərək, uşaqların sağlamlığının qorunması, onların demokratik ənənələrlə düzgün tərbiyəsi üzrə mobilizasiya günüdür.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da keçirilir. Ölkəmizdə uşaqlara həsr olunan bir sıra tədbirlərlə yanaşı paytaxtın Bulvar ərazisində uşaqların ən çox sevdiyi karusellər və atraksionlar pulsuz olacaq. Gün ərzində uşaqlara sevinc bəxş etmək istəyən valideynlər, bu imkandan günorta saat 12:00-a qədər yararlana bilər.
Simsar.az saytına telefon açan valideynlər, Bulvar İdarəsinin bu jestini uşaqlara göstərilən yarımçıq münasibət kimi dəyərləndirirlər. Onlar deyirlər ki, elə uşaqları bulvara aparana qədər gün-günorta olur. Bu imkandan yaralanmaq istəyənlərin sayını nəzərə alsaq, növbələrin olması qaçılmazdır. Belədə isə təbii ki, uşaqlar həmin vaxt ərzində heç bir karuseldən belə pulsuz istifadə edə bilməyəcək.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!