15 Mart, 2017
Elgiz Əkbər bu verilişi aparacaq

Fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş aparıcısı Elgiz Əkbərin yeni iş yeri bəlli olub.

Aparıcı bundan sonra ARB telekanalında fəaliyyətini davam etdirəcək.

Bildirilir ki, aparıcı bu kanalda gündəlik efirə gedəcək "Elin gözü" adlı sosial layihənin aparıcısı olacaq.

ARB-nin Strateji İnkişaf direktoru İsmayıl Həsənov məlumatı təsdiqləyib. (olke.az)


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!