15 Mart, 2017
Ermənistan Azərbaycana dəvət göndərdi

Ermənistan parlament seçkilərini izləməyə müşahidə missiyası göndərməsi üçün Azərbaycana müraciət edib. Bu barədə “Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, baş nazir Karen Karapetyanın bununla bağlı məktubu bütün MDB-yə üzv ölkələrə göndərilib. Bu barədə MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskiy Yerevanda jurnalistlərə açıqlamasında deyib.

“Yerevana Azərbaycandan olan müşahidəçilər də gələcəkmi” sualına isə o belə cavab verib: “Biz bütün ölkələrə dəvət göndərmişik. Ancaq Rusiya, Türkmənistan, Qazaxıstan, Ukrayna və Belarusdan olan 76 müşahidəçi müsbət cavab verib”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri aprelin 2-də keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!