14 Mart, 2017
İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub

İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Prezidenti İlham Əliyevin martın 14-də Parisdə rəsmi qarşılanma mərasimi olub.

Simsar.az xəbər verir ki, Prezident İlham Əliyev Parisin Veteranlar meydanında yerləşən Ordu Muzeyinə gəlib.

Dövlət başçısını Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol qarşılayıb.

Ordu Muzeyinin yerləşdiyi Veteranlar meydanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib.

Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!