14 Mart, 2017
Körpələrə göy cisimləri, planetlərin adları verilir

Azərbaycanda doğulan körpələrə müxtəlif planet və göy cisimlərinin adları da verilir. Körpələrə Günəş adı daha çox qoyulub.

Belə ki, son beş ildə 684 körpəyə Günəş, 111-nə Ulduz, 83-nə Səyyarə adı qoyulub.

Bundan başqa, son beş ildə 105 körpəyə Dünya, 83-nə Dünyamin, 8-nə Venera, 5-nə Kainat adı verilib.

Hətta körpələrə Yerhan, Uran adlarını verənlər də var. Yerin təbii peyki olan Ay özü ad kimi verilməsə də, körpələrə bu sözün istifadəsi ilə yaranan adlar qoyulur. Belə adlardan daha çox qoyulanlar Aylin, Ayan, Ayxan, Aysu, Aydan, Ayla, Aysun, Aytac, Aysel, Aynur, Ayşən, Ayaz, Aytən, Aygün, Aynişan, Aynur, Ayhan, Aytəkin, Aydəniz, Aytək və s. adlardır.

Bundan başqa, uşaqlara Günəşnur, Günəşli, Ulduzə, Ulduzxan, Ulduznur, Ulduza, Dünyaxanım, Dünyamalı, Dünyabəyim, Dünyam, Dünyanur, Dünyani, Dünyaməli, Səyyarəxanım və s. adlar da verilib.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!