14 Mart, 2017
Göyçayda zəncirvari yol qəzası baş verib

Göyçay rayonunda 3 avtomobilin toqquşması nəticəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var. Bu gün Göyçay-Ucar avtomobil yolunun 4-cü kilometrliyində, Göyçayın Cəyirli kəndi ərazisində “Toyota Prado” və “VAZ 21011” markalı minik avtomobilləri “TATRA” markalı yük avtomobili ilə toqquşub. Nəticədə “Toyota Prado”nun sürücüsü, Göyçayın Veysəlli kənd sakini, 1968-ci il təvəllüdlü Nəzərov Mehman Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!