14 Mart, 2017
Tanınmış şair vəfat edib

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvan vəfat edib.

Simsar.az xəbər verir ki, bununla bağlı Yazıçılar Birliyinin katibi Rəşad Məcid sosial şəbəkədə məlumat verib.

Qeyd edək ki, Sabir Sabir Sarvan 1956-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. O, “Gördüyüm göy üzü, baxdığım işıq”, “Çıx qaranlıqdan, “Gəldi qürub”, “Özümü sözə çevirdim” adlı şeir kitablarının müəllifidir.

Allah rəhmət eləsin!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!