14 Mart, 2017
Astanada Suriya danışıqları başladı

Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların 3-cü mərhələsi başlayıb. “Report” xəbər verir ki, görüş ikitərəfli və üçtərəfli məsləhətləşmələrdən ibarət olacaq.

Danışıqlarda Türkiyə, İran və Rusiya Xarici İşlər nazirliklərinin təmsilçiləri, Suriyadakı müxalifətin və Bəşər Əsəd rejiminin nümayəndələri iştirak edirlər.

Məlumata görə, martın 14-də ilkin məsləhətləşmələr aparılacaq, martın 15-də isə geniş müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!