Bakıda itkin düşən məktəbli tapılıb. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün itkin düşən 1999-cu il təvəllüdlü N. K. evinə qayıdıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Bakıda məktəbli itkin düşüb. Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini, 1999-cu il təvəllüdlü N. K.-nın itkin düşməsi barədə polisə məlumat daxil olub.
Valideynlərinin dediyinə görə, 202 saylı orta məktəbin 11-ci sinfində oxuyan N. K. ötən gün saat 14.00 radələrində məktəbdən çıxıb, ondan sonra barəsində heç bir xəbər yoxdur.
Hazırda polis onun tapılması istiqamətində axtarışları davam etdirir.(APA)