1 İyun, 2011
Gənclərə faizsiz ipoteka veriləcək

Nazirin sözlərinə görə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında öz əksini tapıb

Azərbaycanda gənclərə faizsiz ipoteka veriləcək. Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, sosial ipoteka məsələsi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında öz əksini tapıb: "Biz istərdik ki, gənclərin mənzillə təmin olunması üçün sıfır faizli ipoteka kreditləri verilsin və bunun üçün vəsait ayrılsın".

A. Rəhimovun sözlərinə görə, 88 fəsildən, 144 bənddən ibarət proqram hazırdır və son baxış üçün bütün nazirliklərə paylanılıb.

Xatırladaq ki, hazırda Azərbaycanda dövlət vəsaiti hesabına ipoteka kreditləri illik 8 faiz, sosial ipoteka kreditləri isə 4 faiz ilə verilir.

Qeyd edək ki, iyunun 6-da "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının təsdiqlənəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!