13 Mart, 2017
Aynur Dadaşova söyüş söydüyü video ilə bağlı açıqlama yaydı

Müğənni Aynur Dadaşova sosial şəbəkədələrdə yayılan videosuna aydınlıq gətirib. Simsar.az xəbər verir ki, sənətçi Natavan (Dünya Şəfəq) adlı müğənni ilə söyüşlü davasının yenidən gündəmə gəlməsindən narahat olduğunu bildirib. O, açıqlama yayaraq həmin görüntülərin 15 il əvvəl çəkildiyini qeyd edib:

“Yayılan video haqda ilk və son dəfə danışıram. O görüntülər 15 il öncə qeydə alınıb. Bunu yayanların məqsədi bəllidir. Bu video niyə dünənə kimi yayılmırdı? Mən səhnəyə qayıtdım, kimlərinsə yerini dar etdim. Onlar da bu görüntüləri yaydılar.

Bilin ki, mən öz yerimə gəlmişəm. Gəlişim daimidir. Kiminsə yerini tutmağa gəlməmişəm. Dünənki sənətçi də deyiləm. Mən Aynur Dadaşovayam. Öz taxt-tacımdayam. Kimsə məni həzm edə bilmirsə, öz işidir. Mənim ucuz reklama, qalmaqala ehtiyacım yoxdur. Sənəti olan, özünə güvənən meydana buyursun”Qeyd edək ki, sözügedən video aparıcı Sərxan Kərəmoğlunun "Space"də yayımlanan verilişində lentə alınıb.

Görüntülərdə Aynur Dadaşova müğənni Natavanla əlbəyaxa dava etdiyi, söyüş söydüyü əks olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!