13 Mart, 2017
İlham Əliyev vitse-prezidentlə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Parisdə “Thales lnternational” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Thales lnternational” şirkəti arasında iyirmi ildən çoxdur uğurlu əməkdaşlıq edildiyi məmnunluqla xatırlandı, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı çox yaxşı nəticələrin əldə olunduğu bildirilib,  “Azərbaycan Hava Yolları” və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar cəmiyyətləri ilə müxtəlif layihələrin reallaşdırıldığı qeyd edilib, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müəyyən işlərin görüləcəyi diqqətə çatdırılıb.

Söhbət zamanı əməkdaşlığın gələcəkdə davam etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!