13 Mart, 2017
Ticarət mərkəzi yanır - RİQADA

Latviyanın paytaxtı Riqada yanğın baş verib. Yanğın səhər saatlarında ticarət mərkəzində başlayıb. Qeyd olunur ki, yanğınsöndürənlər gələnə qədər ticarət mərkəzində olanlar təxliyyə olunublar.

İlkin məlumata görə, yanğın ticarət mərkəzinin ikinci mərtəbəsində - idman zalında başlayıb.

Hazırda yanğının söndürülməsində 40-dan çox yanğınsöndürən və 11 maşın iştirak edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!