11 Mart, 2017
Nişanlısını öldürən tutuldu

Bakıda nişanlısını qətlə yetirən şəxs tutulub.

Simsar.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Binə qəsəbəsində Bakı şəhər sakini İlahə Ağayevanı qətlə yetirməkdə, bacısı Rəhiməyə isə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən paytaxt sakini Nəcəf Məcidov tutulub.

Araşdırmalar davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!