11 Mart, 2017
Bakıda ev yanıb

Bakı şəhərində yaşayış evi yanıb. Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda komunal tipli ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 15 m2 olan 1 otaqlı mənzilin və digər vətəndaşa məxsus, ümumi sahəsi 25 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!