10 Mart, 2017
Maşını dirəyə çırpıldı, özü də öldü

Bakıda ölümlə nəticələnən qəza baş verib.

Hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində Aydın Kosayev idarə etdiyi "Mitsubishi" markalı kiçik tutumlu yük avtomobilini körpünün altındakı dirəyə çırpıb. Nəticədə sürücü kabinada sıxılaraq ölüb.

Faktla bağlı Dövlət Yol Polis İdarəsinin Xəzər rayon Şöbəsində araşdırma aparılır. (report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!