10 Mart, 2017
Nardaran hadisələri ilə bağlı məhkəmə davam edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları zərərçəkmiş şəxs qismində ifadə veriblər. İfadə verən Yunis Məmmədov, Xəqani Davudov və Elmir Ələsgərov bildiriblər ki, 2015-ci il noyabrın 5-də bir qrup şəxs Sabunçu rayon Polis İdarəsinin inzibati binasının qarşısında toplaşıb və Elçin Qasımova azadlıq tələb ediblər. Bu zaman qarşıdurma yaranıb və onlar qandallarını itiriblər. Onlar təqsirləndirilən şəxslərə qarşı hər hansı tələb və şikayətlərinin olmadığını deyiblər.

Məhkəmənin növbəti iclası martın 17-nə təyin edilib.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!