10 Mart, 2017
Göygöldə qətl törədən 80 yaşlı qadın saxlanılıb

Göygöl rayonunda qətl törədən 80 yaşlı qadın saxlanılıb.Saxlanılan Mərquş Bayramova Şiraslan Atakişiyevi söyüş söydüyü üçün qətlə yetirdiyini deyib. Mərhumun qardaşı Rizvan Atakişiyev APA-ya deyib ki, qardaşı Bakıda qalırmış. Dünən Bakıdan rayona gəlib: “Heç anamgillə görüşməyib. Gecə Mərquş Bayramova anamın evinə gedərək, Şiraslanı öldürdüyünü deyib. Mən buna şübhə ilə yanaşıram, o yaşlı qadının qardaşıma gücü çatmazdı. Ümid edirik ki, bu məqam xüsusi araşdırılacaq”. R. Atakişyevin sözlərinə görə, hadisədən sonra Mərquş Bayramovanın yaxınları onların evinə basqın edərək, pəncərələri sındırıblar.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!