10 Mart, 2017
Ərdoğan Rusiyadadır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada rəsmi səfərdədir.Türkiyə KİV-i xəbər verir ki, o, Rusiya prezidenti Vladimir Putinlə birlikdə Türkiyə-Rusiya Ali Səviyyəli Əməkdaşlıq Şurasına sədrlik edəcək.

Məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi, siyasi əməkdaşlıq və terrorçuluğa qarşı birgə mübarizə məsələləri müzakirə ediləcək. Türkiyənin Rusiya istehsalı olan “S-400” tipli zenit-raket kompleksini almasına aydınlıq gətiriləcək.

Akkuyu Atom Elektrik Stansiyasının tikintisi, “Türk axını” layihəsi başda olmaqla energetika sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Görüşdə Suriya və İraqdakı vəziyyət də müzakirə olunacaq.

Xəbərdə bildirilib ki, Rəcəb Tayyib Ərdoğanı səfərdə müdafiə naziri Fikri İşık da daxil olmaqla 8 nazir və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar müşayiət edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!