31 May, 2011
TQDK ərizə təsdiqi müddətini 1 gün uzatdı

TQDK bununla bağlı qərar qəbul edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə “Elektron ərizə” doldurmuş 4500-dən artıq abituriyentin öz ərizəsini hələ də Sənəd Qəbulu Komissiyasında təsdiq etdirmədiyini nəzərə alaraq, ərizələrin təsdiqi müddətinin 1 iyun 2011-ci il saat 17:00-dək uzadılması barədə qərar qəbul edib. 

TQDK-nın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, 31 may 2011-ci il saat 17:00-dək “Elektron ərizə” doldurmuş abituriyentlər 1 iyun 2011-ci il saat 17:00-dək tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına təqdim edib, ərizələrini təsdiq etdirə bilərlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!