31 May, 2011
Latviyada Azərbaycan muğamı səslənib

Mayın 29-u Riqada, Latviya filarmoniyasında Azərbaycanın Respublika gününə həsr olunan simfo-muğam adlı konsert keçirilib. 

Latviyanin musiqili şəhəri olan Liepanın (Lepaya) 70 nəfərlik Dövlət Simfonik Orkestri, Azərbaycanın əməkdar artisti Yalçın Adıgözəlov və “Qarabağ” triosu - Azərbaycanın xalq artisti, xanəndə Mənsum İbrahimov, əməkdar artist, tarzən Elçin Həşimov və əməkdar artist, kamança ifaçısı Elnur Əhmədov Filarmoniya səhnəsində Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini muğamla birlikdə Latviya tamaşaçılarına təqdim ediblər.

Anşlaqla keçən konsertdə tamaşaçılar əsərləri böyük məmuniyyətlə dinləyərək, Azərbaycan muğamı ilə bağlı öz təəssüratlarını bölüşüblər: “Muğam qeyri-adi musiqidir, insanı sağaldır və ruhunu təmizləyir saflaşdırır”.

Konsert haqqında məlumat ilk növbədə informasiya portallarında, radiolarda və televiziyada yayımlanıb. Şəhərin 70-ə yaxın məntəqəsində, avtobus dayanacaqlarında simfonik konsert haqqında məlumatı əks etdirən 2 metrlik reklam lövhələri yerləşdirilib.

Konsert Azərbaycanın Latviyadakı səfirliyinin, Latviyanın Azərbaycandakı səfirliyinin, Latviyadakı “Ocaq” Azərbaycan mədəniyyəti mərkəzinin və Roman Əliyevin, RSTA təşkilatının rəhbəri Adıgözəl Məməmədovun, “airBaltic” aviaşirkətinin, mobil operatoru “Azercell”in dəstəyi ilə baş tutub. Latviyada keçirilən simfo-muğam konsertinin prodüseri Emin Musəvidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!