9 Mart, 2017
Millimizin xərclərini Qətər ödədi

Millimizin Qətər yığması ilə Dohada keçiriləcək yoldaşlıq oyununda iştirakı üçün bütün xərcləri Qətər Futbol Assosiasiyası tərəfindən ödənilib. Bu barədə AFFA-nın saytı məlumat yayıb.

Xatırladaq ki, bu gün Doha şəhərindəki Al Sadd stadionunda Qətər və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu Qətər Futbol Assosiasiyasının xahişinə əsasən, televiziyada yayımlanmayacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!