9 Mart, 2017
Körpə doğuş zamanı ölüb - GƏNCƏDƏ

Gəncədə yeni doğulan uşaq dünyasını dəyişib. Şəhər sakini, 1993-cü il təvəllüdlü İlahə Həsənova Gəncə Regional Perinatal Mərkəzdə oğlan uşağı dünyaya gətirib.

Lakin uşaq doğuşdan sonra ölüb. Ananın vəziyyətinin normal olduğu bildirilir.

Bu, İ. Həsənovanın ilk doğuşu olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!