9 Mart, 2017
Portuqaliyaya həsr olunmuş fotosərgi açılacaq - BAKIDA

Martın 10-da Bakıda “Hello Portugal! - Portuqaliya azərbaycanlı səyyahın gözü ilə” adlı fotosərgi açılacaq. “Nur Art House” qalereyasında baş tutacaq sərgi Portuqaliyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Sərgidə Portuqaliyanın bir çox yerlərinə səyahət etmiş tanınmış fotoqraf Aydın Sadıqovun çəkdiyi 40-dək fotoşəkil nümayiş olunacaq.

Bu şəkillər Portuqaliyanın tarixi şəhərlərinin əksəriyyətini əhatə edir.

Üç gün davam edəcək sərgi çərçivəsində fotoqrafın rəhbərliyi ilə ustad dərslərinin keçirilməsi də nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!