9 Mart, 2017
Özünü odlu silahla öldürüb - CƏLİLABADDA

Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun Alar kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Təvəkkül Hazar oğlu Quliyev yaşadığı evdə tapança ilə özünü vuraraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!