9 Mart, 2017
Ağır qəzada ölənlərin sayı 5-ə çatdı

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı artıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova  bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Onlardan 2-si hadisə yerində, qalanları xəstəxanalarda ölüb.

Hadisədə yaralananlardan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, 2-nə yerində yardım göstərilib. Onlardan çoxunun vəziyyəti orta-ağır dərəcədədir.

Yaralananlardan 4 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib, 2-nin vəziyyəti hazırda ağırdır və reanimasiyadadır.

Yaralıların olduğu bütün xəstəxanalara Səhiyyə Nazirliyinin mütəxəssisləri cəlb olunub.

Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisi Sumqayıt Dövlət Universitetinin tələbəsidir. (apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!