9 Mart, 2017
Bakı-Sumqayıt yolunda faciəvi qəza: 2 ölü, 10 yaralı

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Simsar.az-ın xəbərinə görə,“Ford-Tranzit” markalı mikroavtobusu yolun  kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində iki nəfərin öldüyü, 10-dək şəxsin xəsarət aldığı bildirilir. Ölənlərin hər ikisi tələbədir.Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası və polislər cəlb olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!