8 Mart, 2017
Beynəlxalq Qadınlar Günüdür

Bu gün 8 mart Beynəlxalq Qadınlar Günüdür. Bu bayram dünyanın bir sıra ölkələrində qeyd olunur. 8 martı qeyd etməyən ölkələrdə də qadınlar və analar günləri olsa da, bu günlər başqa tarixlərə təsadüf edir

8 mart Almaniya Sosial Demokrat Partiyasının qadın təşkilatının rəhbəri Klara Setkinin adı ilə bağlıdır. 1910-cu ildə Kopenhagendə keçirilən Qadınların İkinci Beynəlxalq Konfransında Klara Setkin 8 martın qadınlar günü kimi qeyd olunmasını təklif edib. O, bü günun qadınların öz hüquqları uğrunda apardığı mübarizənin rəmzi olaraq, bayram edilməsini istəyib.

Tarix isə təsadüfi seçilməyib. 1857-ci il martın 8-də Nyu-Nork şəhərindəki toxuculuq fabrikinin işçiləri öz hüquqları uğrunda mübarizəyə qalxıblar. Onlar əmək haqlarının artırılması, iş saatının 8 saatadək azaldılması və digər tələblərlə mitinq və tətilə başlayıblar.

Dünya tarixində qadınların öz hüquqları uğrunda mübarizəyə qalxmalarına dəfələrlə rast gəlinib. Qədim Yunanıstanda kişilərin müharibədə həlak olması qadınların kəskin etirazına səbəb olub və onlar müharibənin əleyhinə aksiyalara başlayıblar. Fransa inqilabında Paris qadınları «azadlıq, bərabərlik və qardaşlıq» şüarları altında Versala yürüş təşkil edərək, onlara seçki hüquqlarının verilməsini tələb ediblər.

Bütün qadınlarımızı bayram münasibətilə təbrik edir, onlara can sığlığı, xöşbəxtlik, dəyərindən asılı olmayaraq istədikləri hədiyyəni almağı arzulayırıq.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!